02/02/2017 14:47

Apreldə Azərbaycan və Gürcüstanın müdafiə nazirlərinin görüşü planlaşdırılır

Gürcüstanın müdafiə naziri Levan İzoria Azərbaycanın Gürcüstandakı yeni səfiri Dursun Həsənovla görüşüb.

Bu barədə “AzeriDefence” Gürcüstanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Görüşdə iki arasında müdafiə sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri və müdafiə nazirlərinin iclasına dair mövzular müzakirə olunub.

Müdafiə naziri görüşdə Azərbaycan ilə əlaqələrin strateji səviyyədə olduğunu vurğulayıb. L.İzoria Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşünün planlaşdırıldığını qeyd edib.

O, aprel ayında azərbaycanlı həmkarı Zakir Həsənovla görüşünün və Müdafiə Nazirlikləri arasında 2017-ci ildə əməkdaşlıq planının müzakirə ediləcəyini bildirib.

“Biz Türkiyə və Azərbaycanın iştirakı ilə üçtərəfli formatda əməkdaşlığın dərinləşdirilməsini və birgə təlimləri planlaşdırırıq. Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıq planları həyata keçiriləcək “, – deyə L. İzoria bildirib.

Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, mayor Fuad İbrahimov da iştirak edib.