29/05/2019 12:23

AQTA-nın “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələrinə səfəri təşkil edilib

Dövlət Sərhəd Xidməti (DSX) ilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında əməkdaşlıq münasibətləri çərçivəsində mayın 28-də DSX-nin “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələrinə səfər təşkil edilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Səfər zamanı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli şəxsi heyətin qidalanma şəraiti, qidaların emal olunması və qida məhsullarının saxlanılması vəziyyəti ilə tanış olub, hərbi hissənin yeməkxanasında əsgərlərlə birlikdə nahar edb.