19/02/2019 21:12

“Ares” tərsanəsi Sahil Mühafizəsi üçün 105 ədəd kater inşa edəcək

Türkiyənin Müdafiə Sənayesi Komitəsi (SSB) və “Ares” tərsanəsi arasında gözətçi katerinin çatdırılmasına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”yə “Ares” tərsanəsidən məlumat verilib.

Müqaviləyə əsasən “Ares” tərsanəsi Sahil Mühafizəsi üçün 105 ədəd gözətçi kateri inşa edəcək. Layihə çərçivəsində tədarük ediləcək gözətçi kateri yedəklər və xidmətlərlə birlikdə sifarişçiyə çatdırılacaq.

Gözətçi katerləri miqrantlarla mübarizə, axtarış-xilasetmə fəaliyyətləri, o cümlədən qaçaqmalçılıq və dəniz təhlükəsizliyi xidmətlərində istismar olunacaq.

Müqaviləyə əsasən ilk gözətçi katerinin 2020-ci ildə sifarişçiyə çatdırılması planlaşdırılır.