26/10/2016 12:01

“Ares” tərsanəsində inşa olunmuş 3 kater Qətərə təhvil verildi

Türkiyənin “Ares” tərsanəsi tərəfindən Qətər Sahil Mühafizəsi üçün inşa edilmiş katerlərin ilk partiyası sifarişçiyə təhvil verilib.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ARES 75 HERCULES, ARES 110 HERCULES və ARES 150 HERCULES sinifli katerlərin ilk partiyası 2014-cü ildə tərəflər arasında imzalanmış müqavilə üzrə istehsal edilib.

Müqavilə çərçivəsində “Ares” tərsanəsi tərəfindən Qətər Sahil Mühafizəsi üçün 5 ədəd ARES 75 HERCULES, 10 ədəd ARES 110 HERCULES və 2  ədəd ARES 150 HERCULES sinifli olmaqla 17 kater inşa edilməlidir.

ARES 75 HERCULES katerlərinin uzunluğu 24 metr, eni 5.70 metr, ağırlığı 59 ton, sürəti 38 mil, ARES 110 HERCULES katerlərinin uzunluğu 34.5 metr, eni 7.50 metr, ağırlığı 117 ton, sürəti 30 dəniz mili, ARES 150 HERCULES katerlərinin isə uzunluğu 48 metr, eni 8.90 metr, ağırlığı 245 ton, sürəti 30 dəniz milidir.