21/05/2015 13:49

ARES Tərsanəsi Qatar üçün gəmi inşasına başlayıb

Türkiyənin ARES Tərsanəsi Qatar Sahil Mühafizəsi üçün 24 və 34 metrlik süərtli patrul katerlərinin inşasına başlayıb. Bu barədə “AzeriDefence”yə ARES Tərsanəsinin İdarə Heyətinin sədri Kərim Kalafatoğlu məlumat verib.K. Kalafatoğlu bu il içində Qatar Sahil Mühafizəsi üçün 47 metrlik gəmilərin inşasına başlanacağını açıqlayıb.

Sifariş üzrə 7 gəmi tam sinifləndirmə normalarına uyğun ən müasir kompozit məmulatlardan istehsal olunacaq.

Qeyd edək ki, ARES bu ilin ilk rübündə Şimali Kipr Türk Cümhuriyyətinin Sahil Mühafizəsinə 3 dədə ARES 42HECTOR və Nigeriya Gömrük Xidmətinə 2 ədəd ARES KND30 katerinin çatdırılmasını təmin edib.

2014-cü ildə ARES Tərsanəsi Türkiyə hərbi dəniz sənayesində ən böyük ixrac müqaviləsinə imza ataraq, Qatar Sahil Mühafizəsi arasında 17 gəmi və katerin alğı-satqısına dair müqavilə bağlayıb. Müqaviləyə 10 ədəd ARES-110 HERCULES, 5 ədəd ARES 75 HERCULES və 2 ədəd ARES 150 HERCULES çox rollu patrul gəmisinin inşası daxildir.