30/10/2017 18:52

Argentina yeni yerüstü radar sistemləri axtarışındadır

Argentina Müdafiə Nazirliyi yeni radar sistemleti üçün tender elanı edib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən xəbər verib.

Argentina Müdafiə Nazirliyinin bu addımının monitorinq qabiliyyətini yüksəltmək üçün atıldığı bildirilir.

2017-ci ilin iyun ayında Müdafiə Nazirliyi Elta EL/M-2106 radar sistemlərini modernləşdirməyə başlayıb. Yaxın zamanda, əlavə beş sistemin də modernləşəcəyi deyilir.

Qeyd edək ki, Argentina hazırda iki tip yerüstü radar sisteminə sahibdir. Bunlardan biri çiyində daşına bilən PPS-15a(V)1, digəri isə 6×6 təkərli vasitələr üzərində hərəkət edən RASIT LMT-3190B radar sistemləridir