05/06/2017 12:23

“Armata”nın sınaqları 2018-ci ildə yekunlaşacaq

Rusiyanın yeni nəsil döyüş tankı olan T-14 “Armata”nın sınaqları 2018-ci ildə yekunlaşacaq.

“AzeriDefence”nin “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya baş nazirinin müavini Dmitri Roqozin qeyd edib ki, sınaqlar yekunlaşdıqdan sonra tankın seriyalı şəkildə tədarükünə başlanacaq.

Baş nazirin müavini həmçinin onu da bildirib ki, “Armata” tankı öz texniki göstəricilərinə görə ABŞ, İsrail və Avropa modellərindən üstündür.