26/06/2019 13:57

“Army-2019”: Azərbaycan və Rusiya arasında birgə istehsal məsələləri müzakirə olunub

Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forum çərçivəsində Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Andrey Boytsov ilə görüşüb.

Bu barədə “AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşı məlumat verib.

Görüşdə Azərbaycan və Rusiya arasında hərbi sənaye sahəsində əməkdaşlığın mövcud vəziyyəti dəyərəndirilib və gələcək inkişaf perspektivləri müzakirə olunub. Yəhya Musayev ilk dəfə sərgiyə qatıldıqlarını və bu sərgidə göstərilən diqqətdən razı qaldıqlarını ifadə edib.

Nazir müavini bildirib ki, iki ölkə arasında müdafiə sənayesidə də əməkdaşlığın inkişafı üçün geniş imkanlar var və bu tərəflər arasında yüksək dəyərləndirilir. Görüşdə tərəflər gələcəkdə müxtəlif sferalarda əməkdaşlıq məsələlərini, xüsusilə də birgə istehsal, servis xidmətlərinin təşkili ilə bağlı məsələləri müzakirə ediblər.