25/06/2019 12:40

“Army-2019“: Azərbaycan və Rusiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqların perspektivləri müzakirə olunub

Bu gün Moskvada keçirilən “Army-2019“ Beynəlxalq Hərbi-Texniki Forumu çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşı məlumat verib.

Məlumatda bildirilib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və müdafiə nazirirnin müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətləri ilə Rusiyanın “Rosoboronexport” dövlət şirkətinin sədri Aleksandr Mixayevin rəhbərlik elədiyi nümayəndə arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqların perspektivləri müzakirə olunub.