08/08/2018 18:07

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatdı – VİDEO

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər.