08/08/2019 16:42

“Artilleriya atəşinin ustaları” müsabiqəsində Azərbaycan komandasının birinci heyəti uğur qazanıb

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan komandası yarışlara nəticələr göstərir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, avqustun 6-da keçirilən mərhələdə  Azərbaycan artilleriyaçılarının birinci heyəti öz bacarığını nümayiş etdirib.

Gecə və gündüz atışlarında iştirak edən birinci heyət hakimlərin qərarına əsasən 12 komanda arasında 3-cü yerə layiq görülüb.