02/08/2019 17:01

“Artilleriya atəşinin ustaları” müsabiqəsində silah və hərbi texnikaya baxış keçiriblər

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.

Püşkatmanın nəticələrinə əsasən birinci mərhələdə Azərbaycan artilleriyaçıları Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.

Müsabiqə avqustun 17-dək davam edəcək.