27/07/2018 18:24

“Artilleriya atəşinin ustaları” müsabiqəsində sınaq atışları icra olunub – VİDEO

“Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən komandalar yarışların şərtləri ilə tanış olub, silahlardan sınaq atışları icra ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan artilleriyaçılarının da qatıldığı müsabiqədə 11 ölkədən komanda iştirak edir.