02/08/2018 11:34

“Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib – VİDEO

Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında plana uyğun olaraq mərhələlər üzrə keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, iyulun 28-də Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində iştirak edirlər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.