07/08/2019 12:49

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib

Avqustun 7-də “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimi baş tutub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün maraqlı konsert proqramı təqdim olunub.