14/02/2019 13:44

Arzu Rəhimov Göygöldə vətəndaşları qəbul edib

Fevralın 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Göygöl rayonunda vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda Gəncə, Naftalan və Mingəçevir şəhərlərindən, Goranboy, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarından olan 40 vətəndaş iştirak edib.

SHXÇDX-nin rəisi vətəndaşların müraciətlərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib.

Keçirilən qəbulda vətəndaşlar əsasən, SHXÇDX-nə həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.