01/07/2019 13:30

Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov İmişlidə Beyləqan, Füzuli və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

SHXÇDX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, həmin gün saat 11:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Ağcabədidə Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 16 iyul 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.