30/06/2018 15:53

Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edəcək

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov iyulun 19-da İmişli rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Xidmətin İmişli rayon bölməsində İmişli, Beyləqan, Füzuli, Ağdam və Ağcəbədi rayonlarının sakinləri iıtirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların 17.07.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.