30/05/2019 18:13

Arzu Rəhimov Lənkəranda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyunun 20-də saat 11:00-da Lənkəranda Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Elə həmin gün saat 10:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Lerikdə vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 17 iyun 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.