31/10/2018 22:00

Arzu Rəhimov Masallı rayonunda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov noybarın 15-də saat 11:00-da Masallı rayonunda Biləsuvar, Cəlilabad və Masallı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların 12.11.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridi