16/11/2019 13:23

Arzu Rəhimov Masallıda vətəndaşları qəbulu edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 15-də Masallıda vətəndaşları qəbulu edib.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbul zamanı Yardımlı və Masallı rayonlarından olan vətəndaşların müraciət və təklifi dinlənilib. Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Cəlilabadda Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, təkrar tibbi müayinə, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.