15/03/2017 18:04

Arzu Rəhimov qərb rayonlarının sakinlərini qəbul edib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ağstafa rayonunda vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin iştirak etditi qəbulda 31 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı  müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.