31/05/2016 13:00

Arzu Rəhimov Salyanda vətəndaşları qəbul edəcək

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Salyanda vətəndaşları qəbul edəcək.

Xidmətin mətbuat mərkəzindən “AzəriDefence”yə verilən məlumata görə, A. Rəhimov iyunun 16-da, saat 10:00-da Salyan rayon şöbəsinin inzibati binasında Sabirabad, Kürdəmir, Hacıqabul, Neftçala, Şirvan və Salyan rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların iyunun 15-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.