13/02/2018 10:18

Arzu Rəhimov: Səfərbərlik Xidmətinin qarşısına qoyulan tapşırıqlar layiqincə yerinə yetirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 6-cı ildönümü qeyd olunub.

“AzeriDefence”nin məlumatına görə, bununla bağlı SHXÇDX-nin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

General-leytenant Arzu Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Xidmətin qarısına qoyulan tapşırıqlar əməkdaşlar tərəfindən layiqincə yerinə yetirilir: “Bundan sonra da qarşımıza qoyulan tapşırıqlar yüksək səviyyədə icra olunacaqdır”.

A.Rəhimov qeyd edib ki, Xidmətin əsas işlərindən biri səfərbərlik işinin təşkilidir. Qurum yarandığı gündən Silahlı Qüvvələrin digər strukturları ilə birlikdə qeyd olunan istiqamətdə işlər görülür.