30/07/2019 11:37

Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov avqustun 22-də Şəmkirdə Gədəbəy və Şəmkir  rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Həmin gün saat Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Tovuzda Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 19 avqust 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.