31/10/2016 11:13

Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Oğuzda vətəndaşları qəbul edəcək.

Xidmətin mətbuat mərkəzindən “AzəriDefence”yə verilən məlumata görə, A.Rəhimov noyabrın 17-də saat 10:00-da Oğuz rayon bölməsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların noyabrın 14-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.