31/07/2018 21:10

Arzu Rəhimov Yevlax rayonunda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 16 avqust 2018-ci il tarixində Yevlax rayonunda Bərdə, Ucar, Zərdab, Tərtər, Ağdaş, Göyçay və Yevlax rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların avqust 14-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.