22/05/2014 11:51

Arzu Rəhimov Türkiyə müdafiə nazirinin müavini ilə görüşüb

Türkiyə milli müdafiə nazirinin məsləhətçi müavini general-leytenant Osman Ünlünün başçılıq etdiyi nümayəndə heyəti mayın 20-də Azərbaycanda səfərdədir. Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mətbuat mərkəzindən məlumat verilib.

Bu gün SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimov nümayəndə heyətini qəbul edib. Görüşdə səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyətinin səfəri mayın 24-də sona çatacaq.