15/09/2017 18:03

ASELSAN 10.8 milyon dollarlıq elektro-optik sistem ixrac edəcək

Türkiyənin ASELSAN şirkəti bir xarici ölkə ilə elektro-optik sistemlərin ixracına dair müqavilə imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına təqdim etdiyi xəbərdə bildirilib.

Şirkət məhsulun ixrac ediləcəyi ölkənin adını açıqlamayıb.

Müqavilənin dəyəri 10 milyon 791 min dollar təşkil edir. Məhsullar sifarişçiyə 2018-ci ildə təhvil veriləcək.