28/12/2012 07:15

ASELSAN-a 11 480 000 Avroluq müqavilə

ASELSAN şirkəti Türkiyə Müdafiə Nazirliyi ilə Hərbi Dəniz Qüvvələrinin “Barbaros” sinfli freqatlarının modernizasiyasına dair müqavilə imzalayıb. Bu barədə “AzeriDefence” ASELSAN şirkətinin saytına istinadən məlumat verib.

“Barbaros” sinfli freqatların Seaguard modernizasiyası üçün imzalanmış müqavilənin dəyəri 11 480 000 Avro təşkil edir.

Müqavilə üzrə təslimatlar 2014 və 2015-ci illərdə gerçəkləşdiriləcək.