15/02/2013 11:36

ASELSAN-a “dev” sifarişlər

ASELSAN Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) ilə böyük həcmli 3 müqavilə imzalayıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə ASELSAN şirkəti məlumat yayıb.

SSM ilə ASELSAN arasında imzalanmış müqavilələrdən biri Dördüncü nəsil (4G/LTE) Rabitə Texnologiyalarının İnkişaf etdirilməsi (ULAK) Proqramıdır. Müqavilənin dəyəri 46 800 000 ABŞ dolları təşkil edir. Layihənin 2016-cı ildə başa çatdırılması nəzərdə tutulur.

İmzalanmış ikinci müqavilə Modulyar Müvəqqəti Baza Bölgəsi Layihəsi ilə bağlıdır. Dəyəri 16 986 839 ABŞ dolları təşkil edən sözləşmə çərçivəsində çatdırılmalar bu il ərzində həyata keçiriləcək.

Türkiyə Silahlı Qüvvələrinin Elektronik Hərb sistemi layihəsi üzrə SSM və ASELSAN arasında imzalanmış üçüncü müqavilənin dəyəri isə 28 000 000 TL və 8 000 000 ABŞ dolları təşkil edir. Adıçəkilən müqavilə üzrə çatdırılmalar 2015-2016-cı illərdə gerçəkləşdiriləcək.