19/01/2018 12:47

ASELSAN “ağıllı sursat”lar üzərində çalışır  

Hava hücumundan müdafiə ötən əsrin əvvəllərindən etibarən müharibənin əsas komponentlərindən birinə çevrildi. Fərqli hündürlükdə və mənzillərdə müdafiəni təmin etmək üçüb fərqli tipdə raketlər ilə təchiz olunan hücumundan müdafiədə böyük əhəmiyyətə və fəallıq səviyyəsinə sahib olan zenit-raket kompleksləri (ZRK) aşağı dəyərli hava təhdidlərinə qarışı bahalı, zenit-topları ilə müqayisədə reaksiya müddəti və yaxın mənzildə, aşağı hündürlükdə olan hədəflərə qarşı məhdud imkanlarına görə əlverişli deyil. Beləliklə, uzaqdan atılan raket və mərmilərə, həmçinin aşağı hündürlükdə uçan hava platformalarına qarşı hava müdafiəsində ZRK nisbətən əhəmiyyəti azalmış zenit-top kompleksinin istifadəsi yenidən gündəmə gəlir. Zenit-top kompleksləri soyuq müharibə dövrü və sonrası təyyarə və helikopterlərin hava hücumundan müdafiə sisteminin əhatə dairəsinə girməsinin qarşısını nisbətən alsa da, bu günə qədər bir çox ölkənin inventarında saxlanılır. Hazırda radar ilə hədəfi müəyyən və təqib edə bilən, əsasən iki lüləli, dəqiqədə 1000-ə yaxın və 20-40 mm-lik orta kalibrli mərmi atan, atış mənzili və atış hündürlüyü 5 km məsafəni keçməyən zenit-top kompleksləri mövcuddur.

“Ağıllı sursat” nədir?

Bu gün sayları sürətlə artan naviqasiyalı raket, “hava-yer” raketləri, pilotsuz uçuş aparatları (PUA) və s. hava təhdidlərinə qarşı zenit top komplekslərinin fəaliyyətinin artırılması məqsədi ilə yeni nəsil “ağıllı mərmi” istifadəsi gündəmə gəlir. “Ağıllı mərmi”lər içərisində elektron komponentlər istifadə edilən, atıcı platformayla arasında məlumat əlaqəsi tələb edən, programlanma, hədəfə yönəlmə, idarə olunanma kimi özəllikləriylə hədəfi dəqiqliklə vurma imkanına sahibdir.

ASELSAN tərəfindən yaradılmış ATOM adlı 35 mm-lik sursat

Yeni nəsil radar sistemləri hədəfi həssas bir şəkildə təsbit və təqib etsə də, məhv edilməsinə çalışılan hədəfin sürəti və kiçikliyi səbəbindən atış kontrol sisteminin bütövlükdə edə biləcəyi bir neçə metrlik səhv belə adi mərmilərlə hədəfin vurulmasını imkansız edir. Yalnız mərminin istənilən nöqtə ətrafında partlayışı və konus şəkilli dağıdıcı hissəciklər saçaraq “bulud parçası”nın yaradılması sayəsində hədəflər zərərsizləşdirilir. Hava hücumundan müdafiə sahəsində istifadə olunan və zenit toplarından atılan “ağıllı mərmi”lərin, aktual təhdidlərin qarşısını minimum xərclə alan bu həllinin başqa əhəmiyyətli üstünlükləri da mövcuddur. Bu gün atılan mərmilərin istənilən yerdə təsirli olması və partlayış riskinin aradan qalxması mülki əhaliyə verilən zərərin minimuma endirilməsi üçün çox əhəmiyyətlidir.

35 mm-lik “ağıllı mərmi”

Hava hücumundan müdafiə konsepsiyasına daxil olan “ağıllı mərmi” nümunələri arasında Türkiyənin ASELSAN şirkətinin hazırladığı 35 mm çaplı proqramlanan qəlpəli mərmi əhəmiyyətli bir yerə malikdir. 35 mm-lik proqramlanan qəlpəli mərmi atış şoku ilə aktiv olur və enerjisini atış şokundan alır. Bununla da mərmidə ömrü məhdud olan batareyalara ehtiyac aradan qaldırılıb. Sursatın daxilində partlayıcı zəncirinin atışdan əvvəl aktivləşməsinin qarşısını almaq məqsədilə yüksək etibarlılığa sahib təhlükəsizlik və qurma mexanizmi yerləşdirilib, eyni zamanda sursatın atış şokunu təmin edən elektronikası təkmilləşdirilib. Sursat proqramlaşdırma texnologiyası ilə lülədə atış anında ortaya çıxan şok və istiliyə qarşı davamlı olması üçün təchizat mexanikiləri və elektroniklər inkişaf etdirilib.

Hava təhdidinə qarşı yüksək kinetik enerjiyə və nüfuz qabiliyyətinə sahib hissəciklərdən ibarət olan bir bulud formasında yaxınlaşan mərmi konsepsiyası, klassik mərmilərlə müqayisədə daha effektiv məhvetmə nümayiş etdirir. Dəqiqvaxt hesablama qabiliyyətinə sahib, yüksək şok (50.000 g) və dönüş (75.000 rpm) komandasını yerinə yetirən elektron komponentlər sayəsində mərminin qət edəcəyi məsafə, trayektoriya və partlama anı silah üzərindəki avadanlıqlarla hesablanır və lazım olan nöqtədə partlayış mexanizmi işə salınır. Partlayan mərminin daxilində yer alan volfram elementinin konus şəkilli dağıdıcı hissəcikləri hədəfi havada məhv edir.

Perspektivdə “Qorqud” zenit-top kompleksində istifadə olunan 35 mm-lik proqramlaşdırılan qəlpəli sursatların istehsalında əldə edilən təcrübədən ASELSAN tərəfindən hazırda üzərində işlər aparılan C-RAM (Raket, Artilleriya və Minaatanlara qarşı önləmə) sisteminin yaradılmasında istifadə nəzərdə tutulub.

Elektronikaya malik “ağıllı sursat”lara tətbiq edil bilən “intihar” qabiliyyəti sayəsində həmin sursatlar istənilən yerdə təsirsiz olsalar belə, öncədən müəyyən edilmiş şərtlər yarandıqdan sonra “intihar” mexanizminin işə düşməsi ilə partlayaraq partlayıcı elementlərin nəzarətsiz şəkildə ətrafa yayılmasına əngəl ola bilir. Bununla yanaşı, “ağıllı sursat”lar adi sursatlarda olan mexaniki təhlükəsizlik mexanizmlərinin yerini alan, yaxud onlara əlavə olaraq qurulan elektronik önləmələrə sahibdir.

“Ağıllı sursat”ların önəmli digər avantajı isə logistik ehtiyacları böyük dərəcədə azaltmasıdır.

Yerüstü silahlar üçün də önəmli

“Ağıllı sursat”lar yalnız hava hücumundan müdafiə sahəsində deyil, yerüstü əməliyyatlarda da orduların döyüş effektivliyini böyük səviyyədə artırır və daha az xərcli həll təqdim edir. Təhdidlərin inkişafı, yaşayış məntəqələrində həyata keçirilən əməliyyatlar, asimetrik müharibələri nəzərə aldıqda, gələcəkdə “ağıllı sursat”lara olan ehtiyacın gedərək artacağını proqnozlaşdırmaq mümkündür.

35 mm-lik qəlpələnən ATOM mərmisinin atış sınağı

Bu çərçivədə dünyada sursatların imkanlarını artırmaq və xərclərini minimallaşdırmaq məqsədi ilə geniş işlərin həyata keçirildiyi görünür.

Texnoloji inkişaflara paralel olaraq yüksək vurma dəqiqliyi, qarışıq elektronikaya malik raketlərin istifadəsi artsa da, xərclərinin aşağı olması və reaksiya sürəti ilə zenit-toplarla müdafiə konsepsiyasının “ağıllı sursat” istifadəsi sayəsində önümüzdəki illərdə də öz önəmini qoruyacağı düşünülməkdədir. Bu çərçivədə ASELSAN “ağıllı sursat”ların yaradılması ilə bağlı xüsusi bölmə yaradıb.

Şirkət əldə etdiyi təcrübə, bilik və sahib olduğu texniki imkanlar ilə fərqli kalibrlərdə “ağıllı sursat”ların yaradılması istiqamətində işlər həyata keçirir.

Qeyd edək ki, may ayında İstanbulda keçirilmiş İDEF-2017 beynəlxalq müdafiə sərgisi çərçivəsində ASELSAN və MKE şirkəti arasında 40 mm çaplı qumbaraatanlar üçün “ağıllı sursat”ların yaradılmasına dair müqavilə imzalanıb.