06/12/2017 15:15

ASELSAN “Alkar” minaatan sistemin kalifikasiya testlərini tamamladı

Türkiyənin ASELSAN şirkətinin hazırladığı “Alkar” adlı avtomatik minaatan sisteminin sınaqları keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “ASELSAN Dərgisi”nin son sayında dərc olunmuş xəbərdə bildirilib.

Məlumata əsasən 120 mm çaplı “Alkar” minaatan kompleksinin kalifikasiya testləri uğurla nəticələnib.

“Alkar” nəqliyyat vasitələrinə və ya sabit platforma üzərinə inteqrasiya olunur. Yerli imkanlar hesabına hazırlanan “Alkar” avtomatik minaatan kompleksi 360 dərəcə bucaq altında atəş etmə imkanına sahibdir.

Yeni minaatan kompleksi ADOP-2000 Avtomatlaşdırılmış Atəş Dəstək Sistemi ilə komplektləşdirilə bilir. Hədəfə avtomatik olaraq yönələn “Alkar”ın mərmisi də avtomatik yüklənir. Sistemin gecə və gündüz, hər çür ərazi və hava şərtlərində istismarı nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, kalifikasiya testlərini uğurla tamamlayan “Alkar” minaatan kompleksi istifadəyə tam hazırdır.