30/11/2015 23:32

ASELSAN “Altay” tankının aktiv müdafiə sistemini hazırlayacaq – FOTO-VİDEO

ASELSAN şirkəti Türkiyənin Müdafiə Sənayesi Katibliyi ilə “Altay” tankı üçün aktiv müdafiə sisteminin (AKKOR olaraq tanınacaq) istehsalına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, AKKOR sistemi modulyar dizaynı sayəsində “Altay” tankı ilə yanaşı müxtəlif tank və zirehli maşınlarda tətbiq edilə biləcək. ASELSAN bu sistem üzərində 2008-ci ildən çalışır. Sistemin müvafiq radar, mərkəzi komputer və fiziki məhvetmə mərmisinin sınaqdan keçirildiyi testlər 2010-cu ildən etibarən uğurla gerçəkləşdirilib.

AKKOR tankın ətrafında 360 dərəcə bucaq altında tam qoruma qalxanı yaradacaq. Sistemin yüksək texnologiyalara əsaslanan radarı üzərinə gələn raket və mərmini qısa zaman içində təyin edəcək. Həmin təhdidə qarşı yönləndiriləcək sursat üzərindəki sensorun yardımı ilə yaxınlaşmaqda olan tank əleyhinə təhdidi ən yaxın olduğu anda partlayaraq təsirsiz hala gətirəcək.

AKKOR sistemi sursatın üzərindəki ağıllı sensor mini bir radar kimi çalışaraq ilə dünyadakı analoqlarından daha üstün performans sərgiləyəcəyi gözlənilir.

akkor

AKKOR sistemi və elementləri İDEF-2015 sərgisində Foto© Azeri Defence