22/02/2017 10:15

ASELSAN-dan İDEX nümayişi

Türkiyənin ASELSAN şirkəti Abu Dabidə (BƏƏ) keçirilən İDEX -2017 müdafiə sərgisində özünün geniş çeşiddə məhsul və həllərini sərgiləyir.

Bu barədə “AzeriDefence”nin Abu Dabidə sərgidə olan əməkdaşı məlumat verib.

Sərgi müddətində şirkətin stendində ASELSAN istehsalı olan lazer başlıqlı və həssas başlıqlı aviabomba yönləndirmə dəsti, idarə olunan silah sistemləri, İHTAR anti-dron sistemi, “Altınay” çox rotorlu mini dron, termal kamera, gecə görmə durbini, lazer hədəf işarələmə cihazı, elektro-optik sensor sistemi, yer müşahidə radarı, helikopter elektronik döyüş müdafiə sistemi (HEHSİS) və rabitə sistemləri də ASELSAN stendində yer alır.

ASELSAN stendində şirkətin nəqliyyat vasitələri üzərinə qurtulmaq üçün hazırladığı “İqla” ZRK kompleksi də önə çıxarılıb.

ASELSAN yetkililərinin sözlərinə görə bu günədək Türkiyənin Quru Qoşunlarından 450-dən çox “Altınay” multikopterinin çatdırılması üçün sifariş alınıb. Əmniyyət Baş İdarəsi və Jandarma Komandanlığı da bənzər sistemi almaq istəyir.

PUA -lara qarşı mübarizə üçün nəzərdə tutulan İHTAR sisteminə də bir neçə ölkədən maraq ifadə olunub. Körfəz regionunda ilk nümayişi maraqla qarşılanan sistemin Qətərə ixracı üçün görüşmələr başlayıb.

Şirkətdən verilən açıqlamada bildirilib ki, IDEX müdafiə sərgisi ASELSAN-ın iştirak etdiyi beynəlxalq müdafiə sərgiləri arasında xüsusi əhəmiyyətə malikdir:

“Birləşmiş Ərəb Əmirlikləri müdafiə sənayesi sektorunda Orta Şərqdə aparıcı mövqedə görünür. IDEX bunun ən mühüm sübutudur və ASELSAN bu qlobal müdafiə sərgisinin bir hissəsi olmaqdan məmnundur”.

ASELSAN -ın SARP döyüş modulu isə BƏƏ-nin “International Golden Group” şirkətinin stendində sərgilənən, Estonyanın MİLREM şirkətinin istehsalı olan THeMİS insansız yerüstü hibrid aparatına inteqrasiya olunmuş halada nümayiş olunub.