13/10/2013 13:05

ASELSAN-dan Türk Silahlı Qüvvələrinə modulyar bazalar

ASELSAN şirkəti Türkiyə Silahlı Qüvvələri üçün modulyar bazalar inşa edir. Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verilib.

Bu günədək ASELSAN inşa etdiyi 8 modulyar bazanı Silahlı Qüvvələrə təhvil verib. Daha 9 bazanın inşaat işlərini davam etdirilir.

Yeni bazalar gecə görmə kameraları və pilotsuz uçuş aparatları ilə dəstəklənəcək. Layihədə ABŞ-ın Əfqanıstanda istifadə etdiyi bazalar model olaraq götürülüb. Mobil qərargah özəlliyi daşıyan yeni bazalarda müasir nəzarət-müşahidə avadanlıqları ilə yanaşı uzaqdan komandalı silah sistemləri (ASELSAN istehsalı olan “Sarp” silah sistemi) də yer alır. Bazaların ətrafı sensorlarla təchiz olunur.