11/11/2016 01:05

ASELSAN dronlara qarşı İHASAVAR adlı sistem hazırlayıb -FOTO

Türkiyənin ASELSAN şirkəti multikopterlərə qarşı hazırladığı İHASAVAR adlı daşınan mübarizə sistemini ilk dəfə nümayişə çıxarıb.

“AzeriDefence”nin məlumatına görə, İHASAVAR İstanbulda keçirilən “High Tech Port-2016” sərgisində nümayiş etdirilir.

İHTAR sisteminin ardınca yaradılmış İHASAVAR kürəkdə daşına bilən jammerə bağlı üzərində anten yerləşdirilmiş avtomat bənzəri silahdan ibarətdir.

Sistem işə salınarkən multikopterə tuşlanır və jammer istiqamətlənmiş antena vasitəsi ilə dronun siqnallarını qarışdırır. Beləliklə dron yerə endirilir.

ASELSAN mütəxəssislərinin sözlərinə görə, İHASAVAR “DJİ Phantom” tipli multikopterlərə qarşı test edilib və müsbət nəticələr əldə olunub. Əldə daşınan sistem uzaq məsafədən “DJİ Phantom”, “DJİ İnspire-2” və digər PUA-ları endirməyə imkan verir.