24/07/2013 07:30

ASELSAN dünyanın 74-cü böyük hərbi şirkəti oldu

Defense News nəşri dünyanın ən böyük 100 hərbi şirkətinin reytinq cədvəlini açıqlayıb. “AzeriDefenece”nin məlumatına görə, siyahıda birinci üç yeri ABŞ-ın Lockheed Martin, Boeing və İngiltərənin BAE şirkətləri heç bir mövqe dəyişikliyi olmadan tutub.

2012-ci ildə siyahıda 76-cı yer tutan Türkiyənin ASELSAN şirkəti 2013-ci ildə iki pilə irəliləyərək 74-cü yerdə qərarlaşıb. Türkiyənin Turkish Aerospace Industries (TAI) şirkəti isə iki pilə geriləmə ilə 85-ci yerdə qərarlaşıb.