14/04/2017 22:03

ASELSAN ekzosklet sistemi hazırlayıb – FOTOLAR

Türkiyənin ASELSAN şirkəti may ayında İstanbulda keçiriləcək İDEF-2017 sərgisində ASYA (Askeri Yürüyüş Asistanı) adı verilmiş ekzosklet sistemini ilk dəfə nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

ASELSAN-ın CENKER gələcəyin döyüşçü təchizatı ilə inteqrə şəkildə istifadə olunacaq ASYA Xüsusi Təyinatlı Qüvvələrin və ordunun ehtiyacları nəzərə alınaraq yaradılıb.

ASYA yerimə, qaçış, dırmanma və sıçrama kimi hərəkətlərə dəstək olmaqla heyətin daha yaxşı performans göstərməsini təmin edir.