30/09/2019 12:37

ASELSAN gəmi üçün REM kompleksinin sınaqlarını keçirib

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan gəmi üçün radioelektron mübarizə (REM) kompleksinin zavod sınaqları keçirilib.

Bu barədə “AzeriDefence” “A Haber” xəbər agentliyinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, radioelektron mübarizə kompleksinin ilk qəbul sınaqları uğurla nəticələnib.

ASELSAN şirkəti tərəfindən həyata keçirilən Hərbi Dəniz Qüvvələrinin elektron müharibə sahəsində ən böyük layihəsi olan Dəniz radioelektron mübarizə kompleksinin tədarükü layihəsinin hazırlıq işləri 2007-ci ildə başlanıb. 2015-ci ildə tərəflər arasında sözügedən layihənin icrasına dair müqavilə imzalanıb.

REM kompleksi mərkəzi idarəetmə sistemi, elektron dəstək sistemi, elektron hücum sistemi, lazer xəbərdarlıq sistemi və s. sistem ilə təchiz olunub. Şirkət mütəxəssislərinin sözlərinə görə, gəmi üçün radioelektron mübarizə kompleksi yeni xüsussiyətləri ilə dünyada bir ilkdir.

REM kompleksinin tədarükünün 2020-ci ildə TCG “Anadolu” hərbi gəmisinin dəniz testlərinin başlanması ilə tamamlanması planlaşdırılır.

Kompleks gəmini idarə olunan mərmilər daxil olmaqla bir çox təhlükələrdən funksional şəkildə qorumaq məqsədi daşıyır. Gəmi üçün radioelektron mübarizə kompleksi tamamlandıqda Türkiyə Hərbi Dəniz Qüvvələrinin invertarındakı ilk belə sistem olacaq və bir çox fərqli platformada istifadə ediləcəkdir.