10/01/2015 13:17

ASELSAN “Gözcü”nün imkanlarını artırdı- ÖZƏL

ASELSAN şirkəti “Gözcü” elektro-optik sisteminin yeni verisiyasını hazırlayıb.
ASELSAN şirkətindən “AzeriDefence”ə verilən özəl məlumata görə, “Gözcü-2” adlanan yeni sistem özünün bir sıra əlavə imkanlarına görə, sələfindən fərqlənir.

Bir əsgər tərəfindən əldə daşına bilən “Gözcü-2” sisteminə termal kamera, GPS, lazer məsafə ölçər, hədəf işarələyici və maqnit kompasla yanaşı gündüz kamerası əlavə edilib. Aparılmış təkmilləşdirmələr nəticəsində “Gözcü-2”nin çalışma müddəti 5 saata, lazer məsafə ölçmə uzaqlığı 8 km-dən 20 km-ə çatdırılıb, çəkisi isə 4,5 kq-dan 3.5 kq endirilib.

Qeyd edək ki, artilleriya kəşfiyyatçıları və kəşfiyyat bölmələrinin istifadəsi üçün nəzərdə tutulan “Gözcü”nün mövcud versiyasının çəkisi 4 kq yaxındır. “Gözcü” sistemi özündə yüksək görüntünü təmin edən termal kamera, lazer məsafə ölçən, GPS, rəqəmsal maqnit kompas və lazer hədəf işarələyicisini cəmləşdirir.