01/02/2019 17:24

ASELSAN-ın 500-cü “İhasavar” antidron sistemi sifarişçiyə çatdırılıb

Türkiyənin ASELSAN şirkətinin “İhasavar” adlı antidron sistemləri sifarişçilərə təhvil verilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ASELSAN-ın rəsmi informasiya bülletenində bildirilib.

Bülletendə qeyd olunub ki, 2018-ci il ərzində yerli və xarici müştərilər ilə imzalanmış müxtəlif müqavilələr çərçivəsində 500-cü sistem sifarişçiyə çatdırılıb.

Qeyd edək ki, ilk tədarükü 2017-ci ildə həyata keçirilən multikopterlərə qarşı istifadə olunan “İhasavar” sisteminin ilk xarici istifdəçisi Azərbaycandır.

“İhasavar” kürəkdə daşına bilən jammerə bağlı üzərində anten yerləşdirilmiş avtomat bənzəri silahdan ibarətdir. Sistem işə salınarkən multikopterə tuşlanır və jammer istiqamətlənmiş antena vasitəsi ilə dronun siqnallarını qarışdırır. Beləliklə dron yerə endirilir. Əldə daşınan sistem uzaq məsafədən “DJİ Phantom”, “DJİ İnspire-2” və digər PUA-ları endirməyə imkan verir.