06/11/2019 12:44

ASELSAN-ın dövriyəsi 47 faiz artıb

Türkiyənin ASELSAN şirkəti 2019-cu ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.

ASELSAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, ASELSAN-ın toplam dövriyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq 7,6 milyard Türk lirəsinə (TL) yüksəlib. ASELSAN-ın 2018-ci il eyni dövrdə 93 milyon ABŞ dolları olan ixracatı cari ildə 54% artaraq 143 milyon ABŞ dolları olub. ASELSAN-ın gəlirləri 2017-ci illə müqayisədə isə 44% artaraq 1,6 milyar TL ilə 9 aylıq nəticələrə görə ən üstün zirvəyə yüksəlib.

2019-cu ilin ilk 9 ayında həyata keçirdiyi tədarüklə yanaşı, sentyabrın sonuna qədər 9,8 milyard ABŞ dolları dəyərində sifarişləri olan ASELSAN oktyabrda da yeni müqavilələr bağlayıb. ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasının məlumatına görə, şirkət oktyabrın 25-də təxminən 290 milyon ABŞ dolları dəyərində əlavə sifarişlər alıb.

ASELSAN şirkətinin İdarə Heyətinin sədri-baş direktor Haluk Görgün bildirib ki, şirkətin geridə qoyduğu 9 ay gəlir, artım və qərarlılıq baxımından çox uğurlu nəticələr əldə etdiyi bir dövr olub: “İllik hədəflərimizə və təqvimimizə uyğun olaraq tədarüklərimizi davam etdiririk. Bu istiqamətdə, ilin sonuna TL bazasında 40-50% gəlir artımı proqnozlaşdırılır”.