31/10/2017 12:40

ASELSAN-ın uzun mənzilli radarı 2020-ci ildə hazır olacaq

Türkiyənin ASELSAN şirkətinin üzərində işlədiyi uzun mənzilli radar 2020-ci ildə hazır olacaq.

Bu barədə “AzeriDefence”yə açıqlamasında ASELSAN şirkətinin baş direktoru Faiq Eken məlumat verib.

Yeni radarın yaradılmasına bir il əvvəl başlanıb. Radarın aşkarlama mənzili 500 km-dən çox olacaq. Eyni zamanda 300-dən çox hava hədəfini aşkarlamağı bacaracaq.