14/04/2017 23:29

ASELSAN-ın yeni döyüş modulu “SARP Dual”

Türkiyənin ASELSAN şirkəti “Sarp” döyüş modulunun “Sarp Dual” adlı yeni versiyasını İDEF-2017 beynəlxalq müdafiə sərgisində ilk dəfə təqdim edəcək.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

“Sarp Dual” döyüş modulu 2017-ci ilin əvvəlində ASELSAN tərəfindən tamamilə yerli imkanlar hesabına tank, zirehli döyüş maşını və digər yerüstü platformalarda, sabit qurğularda hava və quru hədəflərinə, xüsusilə asimmetrik təhdidlərə qarşı qorumanı təmin etmək məqsədiylə hazırlanıb.

Sistem əsas silah olaraq 7.62 mm-lik və 12.7 pulemyotlar və ya 40 mm-lik qumbaraatan, köməkçi silah olaraq isə 7.62 mm-lik pulemyotla təchiz edilib.

“Sarp Dual” döyüş modulunun ballistik müdafiəsi STANAG 4569 Level 4 səviyyəsinə cavab verir. Sistem böyük miqdarda sursat saxlama xüsusiyyətinə malikdir (400 ədəd 12.7×99 mm, 1000 ədəd 7.62×51 mm, 80 ədəd 40×53 mm, 400 ədəd köməkçi silah üçün 7,62×51 mm).