14/09/2019 14:46

ASELSAN-ın yeni İHTAR anti-dron silahı – FOTO/VİDEO

Türkiyənin ASELSAN şirkətinin hazırladığı İHTAR adlı anti-dron sisteminə 40 mm-lik qumbaraatan inteqrasiya olunub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında bildirib.

“Kritik baza və bölgələri dron təhdidlərinə qarşı qorumaq üçün mövcud sistemlərimizlə yeni həllər yaradırıq”, – deyə Komitə sədri bildirib.

İsmail Dəmirin sosial media hesabında paylaşdığı videodan göründüyü qədər İHTAR anti-dron sisteminin 40 mm-lik qumbaraatanla atış sınaqları keçirilib.

Test atışlarında silahlı İHTAR mini pilotsuz uçuş aparatlarını (PUA) havada vuraraq zərərsizləşdirib.