12/03/2018 11:49

ASELSAN insanların üzərindəki silah və partlayıcıları aşkarlayan radar hazırlayıb

Kurumsal Kimlik

Türkiyənin ASELSAN şirkəti insanların üzərindəki silah və partlayıcıları aşkarlayan radar sistemi hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu haqda ASELSAN-nın 2017-ci ilin illik hesabatında qeyd olunub.

Bildirilir ki, yeni üç ölçülü radar hava limanları, qatar stansiyaları, ticarət mərkəzləri və mitinq keçirilən meydanlarda və.s insanların daha çox olduğu bölgələrdə təhlükəsizliyi təmin etmək məqsədi ilə hazırlanıb.

Şirkətin hazırladığı yeni radar insanların üzərində gizlədilmiş partlayıcı və digər silahları müəyyən edə biləcək. Radar TÜBİTAK TEYDEB-in dəstəyi ilə hazırlanır.