12/05/2018 15:24

ASELSAN İordaniya ilə müqavilə imzalayıb

“ASELSAN Middle East” şirkəti SOFEX-2018 sərgisində böyük həcmli müqavilə imzalayıb

İordaniyanın paytaxtı Amman şəhərində keçirilən 12-ci SOFEX-2018 xüsusi əməliyyat qüvvələri konfrans və sərgisində ASELSAN şirkəti böyük bir müqaviləyə imza atıb.

Şirkətin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sərgidə ASELSAN Middle East (AME) İordaniyanın JOSECURE (Jordan International Security Company LLC) və Türkiyənin ASELSAN şirkəti arasında Təhlükəsizlik Məhsulları və Sistemləri sahəsində strateji əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edək ki, SOFEX-2018 sərgisində 53 ölkədən 99 rəsmi heyət və 400-dən çox şirkət iştirak edir.