17/04/2017 19:30

ASELSAN Mi-17 helikopterlərinin modernizasiyasına başlayır

ASELSAN şirkəti Mi-17 helikopterləri üçün yeni modernləşmə layihəsi hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, bir ədəd Mi-17 helikopteri ASELSAN tərəfindən xüsusi olaraq hazırlanmış məhsullardan istifadə modernizə edilib və son istifadəçiyə təhvil verilib.

ASELSAN müəssisələrində müştərinin ehtiyaclarına uyğun olaraq gerçəkləşdirilən modernləşmə çərçivəsində ASELSAN tərəfindən xüsusi olaraq yaradılmış Çox Funksiyalı Displeylər, Klaviatura paneli, İnersial Naviqasiya Sistemi, Tapşırıq İdarəetmə Kompüteri, rəqəmsal xəritə, daxili rabitə sistemi, V/UHF və HF radiostansiyalar inteqrasiya edilməklə helikopterin imkanları önəmli şəkildə yüksəldilib.

Nümayiş məqsədi ilə gerçəkləşdirilən modernləşmədən sonra müvafiq ölkənin inventarındakı digər Miseriyalı helikopterlər üçün də modernləşmə fəaliyyətlərinə yaxın zamanlarda başlanmasına baxılır.

Qeyd edək ki, ASELSAN  Türkiyə Silahlı Qüvvələrinin inventarındakı təxminən 500 ədəd hava platformasının modernləşdirilməsində iştirak edib.