14/05/2018 14:13

ASELSAN “Mühafiz” döyüş modulunu Cənubi Asiyaya ixrac edəcək

Türkiyənin ASELSAN şirkəti Cənubi Asiya ölkəsinin milli müdafiə texnologiyaları sahəsində xidmət göstərən təşkilatı ilə “Mühafiz” silah sisteminin tədarükünə dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Bu müqavilə ilə Asiya ölkələri ASELSAN-ın məsafədən idarəolunan silah sistemlərini artaraq istifadə etməyə davam edəcək.

30 mm çaplı “Mühafiz” stabilləşdirilmiş top sistemi döyüş gəmilərində, gözətçi, sahil təhlükəsizlik katerlərində və amfibiya-desant gəmilərində istifadə edilmək üçün yaradılmış distans idarə edilən silah sistemləri ailəsinin ən yeni nümunəsidir. “Mühafiz” sistemi iki istiqamətli sursat saxlama qabiliyyətinə malikdir və eyni anda iki müxtəlif növ sursat istifadə edilir.

“Mühafiz” sistemində optik görüş və silah nişangahı sistemin montaj edildiyi platformanın hərəkətlərinə bağlı olmadan hədəf üzərində qala bilməsi üçün ayrı-ayrı stabilləşdirilib. Gecə və pis görmə şərtlərində adi gözlə görünməyən hədəflərin müəyyən edilməsi, avtomatik tanınması, təqibi və bu hədəflərə atəş etməyə imkan verir. Sistem, avtomatik hədəf təqibi və balistik hesablama qabiliyyətinə malik olub üzərinə yerləşdirilmiş olduğu platforma və ya hədəf hərəkət halında olduqda belə yüksək dəqiqliklə atəş açmağa imkan verir.

Qeyd edək ki, ASELSAN şirkətinin distans idarəetmə döyüş modulu hazırda 10-dan artıq ölkənin silahlanmasında mövcuddur.